COP29

Qriqorçukdan “Neftçi”nin 16 yaşlı gənci ilə bağlı alqışalayiq addım - VİDEO

27 İyul 21:00 Neftçi 4 742
Qriqorçukdan “Neftçi”nin 16 yaşlı gənci ilə bağlı alqışalayiq addım - VİDEO

"Neftçi" rəhbərliyi A komandanı gücləndirmək yolunda addımlar atmaqla bərabər, akademiyanın yetirmələrinə xüsusi diqqət göstərməyi da unutmur.

Ötən dəfə məşqçilər korpusunun ötən mövsüm çempion olan "Neftçi-2" kollektivindən 8 nəfəri təlim-məşq toplanışı üçün Türkiyəyə aparıdığını məlumat vermişdik.

Bu dəfə isə Ərzurum bölgəsində keçən hazırlığın gedişindən həmin gənclərdən biri ilə bağlı xoş hadisə yaşanıb.

Söhbət 16 yaşlı qapıçı Məhdi Həsənovdan gedir.

Gənc qolkiperin 16 yaşının tamamı əsas komanda ilə yollandığı toplanışa təsadüf edib.

Qriqorçuk və yetirmələri Həsənovun xoş günündə ona surpirz etməklə yadda qalıb.

Məşq əsnasında meydançaya tort gətirilib, ukraynalı mütəxəssis isə şəxsən özü Məhdini yanına dəvət edib və ad günü təbriklərini onun şəninə səsləndirib.

Həqiqətən, 16 yaşlı yeniyetmənin əsas komandanın kollektivindən belə isti münasibət görməsi alqışalayiqdir. Bunun onun karyerasında müsbət istiqamətdə inkişafa yol açacağı şübhəsizdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Yaşananlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...