COP29

Xanımına görə İslam dinini qəbul etdi - “Neftçi” ilə anlaşan legionerlə bağlı ŞOK OLAY!

23 İyul 17:20 Neftçi 1 293
Xanımına görə İslam dinini qəbul etdi - “Neftçi” ilə anlaşan legionerlə bağlı ŞOK OLAY!

Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb.

Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub.

Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub.

O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

Bauer İslam dinini necə qəbul edib?

Bauerlə bağlı maraqlı məqam onun İslam dinini qəbul etməsidir. Futbolçu bu haqda ictimaiyyətə 2023-cü ilin senyabrında açıqlama verib.

Özü xristian ailəsində doğulan Bauer həyat yoldaşının ailəsi sayəsində İslam dinini qəbul edib.

O, indiki həyat yoldaşı Roşi ilə Birləşmiş Ərəb Əmirlilərində tətil zamanı tanış olub. Roşinin atası Tanzaniyadandır, anası isə fars-türk mənşəlidir. Cütlüyün hazırda 4 övladı var.

“Mənə yazan hər kəsə müraciət edirəm. Mən həyat yoldaşımın və onun ailəsi sayəsində İslam dininə keçirəm” - deyə futbolçu İslamı qəbul edərkən özünün İnstaqram hesabında yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?