COP29

Millimizin formasını geyinmiş "Trabzonspor"lu yarımmüdafiəçi "Neftçi"də?

23 İyul 09:20 Neftçi 4 203
Millimizin formasını geyinmiş "Trabzonspor"lu yarımmüdafiəçi "Neftçi"də?

"Trabzonspor"un yarımmüdafiəçisi Murat Cem Akpınar karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Neftçi" türk futbolçunu heyətinə qatmaq istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bakı təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək istəyir.

"Neftçi" Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçunu yerli oyunçu limitinə uyğun olduğu üçün rənglərinə bağlamağa çalışır.

Azərbaycan klubu ilə yanaşı, "Antalyaspor", "Sakaryaspor", "Bandırmaspor" və "Kocaelispor" da Akpınarla maraqlanır.

Murat Cem Akpınar "Trabzonspor"un yetirməsidir. O, Super Liqa təmsilçisinin əsas komandasının heyətində 13 rəsmi matçda 1 qol vurub.

Orta xətt oyunçusu son mövsümü icarə əsasında "Sakaryaspor"da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?