COP29

İlkin Fikrətoğlu - Rəhbərlik işinə qarışsa, çətin ki, Qriqorçuk “Neftci”də çox qala

22 İyul 17:40 Neftçi 2 057
İlkin Fikrətoğlu - Rəhbərlik işinə qarışsa, çətin ki, Qriqorçuk “Neftci”də çox qala

Roman Qriqorçuk tanış mühitə, bildiyi yerə gəlib.

“Qəbələ”də keçirdiyi 4 mövsümdə özünü bacarıqlı məşqçi kimi bizim publikaya tanıda bildi.

Elə böyük tarixi olmayan kiçik bölgə klubuna 2 dəfə çempionatın gümüş və 2 dəfə də bürünc medallarını qazandırdı. Eyni sayda da “Qəbələ”ni kubokun finalçısı etdi.

Kubok, Premyer Liqada çempionluq qazanmasa da, bu nəticələri, ən əsası, Avropa Liqasında komandanı 2 il ardıcıl qruplara daşıması ilə “Qəbələ”nin 19 illik tarixində ən uğurlu məşqçi kimi qalmaqdadır.

Ard-arda uğursuz baş məşqçi seçimləri ilə media və azarkeşlərin tənqidinə tuş gələn “Neftçi” rəhbərliyini isə bu dəfə təbrik etmək olar: nəhayət, onlar doğru bir qərar verdilər.

Böyük ehtimalla, “Neftçi” rəhbərliyində yer alan Zaur Əzizovun tövsiyəsi ilə burada mühüm rol oynayıb. Axı, o, Qrqorçukla “Qəbələ”də bütün nəticələri birgə qazanıb.

Təəssüf ki, Qriqorçukun təyinatı “Neftçi” tərəfindən gülüş və təəccüb doğuracaq formada açıqlandı.

Açıqlamadan sitat:

“Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Roman Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb”.

Sanki Qriqorçuk Bakıda gəzərək “Neftçi”nin bazasının qarşsndan kecirmiş və birdən qapıya vurulmuş “Diqqət! Vakansya! Kluba təcili baş məşqçi axtarılır” elanını görüb, ofisə daxil olaraq, “baş məşqçi axtarırsız, mən hazır” deyib və bununla da müqavilə bağlanılıb.

Nə isə, son vaxtlar “Neftçi”dən peşəkarlıqdan kənar o qədər qərar və addımlar görmüşük ki, bu da onlardan biri. Son günlər klubda işçilərə verilən naharın kəsilməsi elə bu gülünc qərarlardan biri deyilmi?

Görünür, axır vaxtlar cox işlədilən “Neftçi”də yeyinti var” söhbətini kimlərsə səhv başa düşüb və yeqinti olmasın deyə, ümumiyyətlə, yeməyi qadağan ediblər.

Bax, Qriqorçuk belə bir mühitdə, belə adamlarla işləyəcək. Narahatlıq doğuran da budur.

Əgər ona “Qəbələ”də olduğu kimi rəhbərlik tərəfindən sərbəstlik verilərsə, işinə müdaxilə olmazsa, “Neftçi” azarkeşi uzun müddətdir həsrətində olduğu o güclü komandanı yenidən görə bilər.

Yox, hərəsi bir mənsəb sahibi olan klub idərəcilərindən təzyiq, işinə müdaxilə görərəsə, onda bizim tanıdığımız Qriqorçuk, çətin ki, “Neftci”də çox qala.

Hə, bir də ukraynalı məşqçiyə güvəndiyi oyuncuları transfer etmək, istədiyi iddialı heyəti qurmaq üçün imkan yaratmaq lazımdır.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?