COP29

Ramilin “Neftçi”yə transferi yerinə düşdü – Görün nələr olacaq

21 İyul 22:30 Neftçi 3 686
Ramilin “Neftçi”yə transferi yerinə düşdü – Görün nələr olacaq

Ötən mövsüm Emin Mahmudovun bacarığından aşağı çıxış etməsinin səbəbi boşuna deyildi.

Yayda Adrian Mutunun gəlişi ilə Rumıniyadan tanıdığı Yuri Matiası komandaya cəlb etməsi və hər imkanda onu lider gözündə gördüyünü deməsi, braziliyalını azarkeşlərlə yaxınlaşdırması kapitana xoş deyildi.

Emin təkcə Mutunun yox, klubun digər rəsmilərinin də Yurinin reklamında maraqlı olduğunu görüb kənara çəkilmişdi. Hər dəfə yaş amilinin ortaya atılması Eminlə yanaşı, Qara Qarayev, Eddi İsrafilov, Azər Salahlı, Rəhman Hacıyev kimi yerlilərə işarə idi.

Açıq deyim, Mahmudov döyüş meydanında tək qalmışdı. Əcnəbi məşqçi və futbolçularla, hətta klubun daxilindəki bəzi əcnəbipərəstlərlə mübarizə aparmağa güc tapmırdı.

Ramil Şeydayev kimi millətçinin gəlişi “Neftçi”dəki daxili ab-havaya birbaşa təsir edəcək. Ramilin Azərbaycan sevgisinin hansı həddə olduğunu millinin oyunları zamanı az görməmişik.

Bəlkə də futbolçu kimi ümidləri tam doğrultmayacaq, bəlkə gözlənilənlərdən də artığını edəcək. Ancaq bir şey dəqiqdir ki, Şeydayev komandaya xarakter gətirəcək, legionerlərdən özü qədər tər tökməyi, zəhmət çəkməyi tələb edəcək, Emin Mahmudovun özünü rahat hiss etməsi üçün yanında dirək olacaq.

O, Emin kimi tez küsən, özünə qapılan deyil. İstər legioner olsun, istərsə də hansısa legionerpərəst klub rəsmisi – hansısa məqamda haqsızlıq və vecsizlik görsə, skandal yaradacaq, həmin adamları yerinə oturdacaq.

Odur ki, növbəti mövsümdən etibarən azarkeşlər Ramili özlərinə yaxın adam seçməli, sözlərini və iradlarını ona çatdırmalı, hesabatı ondan tələb etməlidirlər. O, bu işləri yaxşı bacarır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?