COP29

"Neftçi" yay fasiləsinin növbəti transferini gerçəkləşdirdi - SON DƏQİQƏ

20 İyul 23:40 Neftçi 8 692
"Neftçi" yay fasiləsinin növbəti transferini gerçəkləşdirdi - SON DƏQİQƏ

"Neftçi” yeni transferlə güclənib.

"Ağ qaralar"ın FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə uzun sürən danışıqları müsbət yekunlaşıb.

Stoperlə bütün detallarda razılıq əldə olunub.

Təmsilçimiz afrikalı legionerin transferinə görə müəyyən məbləğdə təzminat da ödəməli olub.

Lakin məbləğ bir müddət əvvəl iddia olunan 7 milyon avrodan çox aşağıdır.

Yeni transfer qısa müddətdə "ağ qaralar"ın düşərgəsində olacaq.

Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.

27 yaşlı arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti