COP29

"Neftçi"də dirçəliş... Qriqorçuk indi nə vəd edir?

19 İyul 19:40 Neftçi 3 719
"Neftçi"də dirçəliş... Qriqorçuk indi nə vəd edir?

Roman Qriqorçukun "Neftçi"yə təyinatı birmənalı olaraq xoş qarşılandı.

"Neftçi" azarkeşləri ukraynalı mütəxəssisin gəlişindən məmnundusa, futbol ictimaiyyətinin də gözləntiləri yalnız müsbət notlar üzərindədir.

Təbii ki, hər şeyi dəqiqliyi ilə təxminən 2 həftədən sonra başlayacaq yeni futbol mövsümü göstərəcək.

Hələki sirli qutudur "ağ qaralar".

59 yaşlı mütəxəssisin nələr etdiyindən məlumatsızıq.

Əvvəlki illərdi komandanın məşqlərini belə "Neftçi TV"dən izləmək imkanımız olurdu.

İndi isə sınaq matçlarının geniş icmalı belə yoxdur.

Təcrübəli mütəxəssis sanki kölgədə qalmağı, xəlvətdə gələcək planların qurulmasını daha məqbul sayır.

Gördüyümüz yalnız sınaq matçlarının nəticələridir.

Bir də vurulan qollar.

İki matç və iki qələbə. Düzdü, yoxlama görüşlərinin nəticələri adətən ciddi qəbul edilmir. Lakin istənilən halda qələbə qələbədir. Ən azından kollektivdə qalib ruhunun formalaşmasına yol açır.

Nəzərə alaq ki, son mövsümü 5-ci pillədə bitirən "Neftçi"də bu ən aşağı səviyyədə idi.

Mutunun, Bojoviçin dövründən fərqli olaraq içəridən qara-qura söhbətlər eşitmirik.

İntizam öz işini görür.

Narazı Emin Mahmudovun ayağı açılıb, cərimə zərbəsindən də qol vurur.

Halbuki son mövsüm o qədər küskün idi ki, hətta dilinə də "möhür" vurmuşdu.

Qısası Qriqorçukun təyinatında səslənən ümidlər təlim-məşq toplanışında özünü doğruldur. Buna kiçik dirçəliş də deyə bilərik.

İndi qalır onu daha da böyütmək, rəsmi matçlara yansıtmaq.

Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?