COP29

"Neftçi" gənclərə böyük dəyər verir

23 İyul 22:40 Neftçi 2 258
"Neftçi" gənclərə böyük dəyər verir

"Neftçi" hazırda Türkiyədədir.

Roman Qriqarçukun səfərə apardığı heyətdə hamımızı sevindirəcək adlar da yer alıb.

Özü də nə az, nə çox 8 nəfər.

Söhbət Rəvan Kazımov, David Orucov, Samir Həsənov, Murad Məmmədov, Elcan Əbilov, İbrahim Novruzov, Həbib İsmayılov və Ağadadaş Salyanskiy kimi gənclərdən gedir.

Adıçəkilənlər hər biri "ağ qaralar"ın öz yetirməsidir.

Bu futbolçular ötən mövsüm "Neftçi-2" komandası ilə Əvəzedicilər Liqasının qalibi adını qazanıblar.

Ağadadaş mövsüm ərzində də əsas komandaya qoşulub, oyunlarda iştirakçı olub.

Amma digər futbolçular üçün əsas heyətlə ölkə xaricindəki toplanışda iştirak etmək ilkdir.

Klubun bu addımı alqışa layiqdir.

Bu, çempion olan heyətə verilən dəyərdir.

Həm də qızıl dəyərində şans.

Axın 19-20 yaşında uşaqlar bu gün Roman Qriqarçuk kimi təcrübəli mütəxəssisin tapşırıqlarını icra edir, Emin Mahmudov, Qara Qarayev, Kilan Lebon, Yuri Matias kimi usta futbolçuların yanında məşq edirlər.

Ümid edək ki, qərar yaxın gələcəkdə müsbət effektini verəcək.

Yuxarıda adını sadaladığım futbolçulardan kimlərisə "Neftçi"nin əsas komandasında görəcəyik.

Məsələn, Rza Cəfərov kimi. 21 yaşlı qolkiper ötən mövsüm İvan Brkiç kimi təcrübəli əcnəbi qapıçını qısa müddətdə ehtiyat skamiyaya göndərə bildi.

Eynisini digər mövqelərdə çıxış edən həmyaşıdları niyə etməsin?

Ümid etmək bizim, verilən əla şansı dəyərləndirmək isə gənc həmyerlilərimizin payına düşür.

XANOĞLAN İMANOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?