COP29

Tanınmış klub onun müqaviləsini uzadıb, "Neftçi"yə icarəyə verəcək

16 İyul 12:40 Neftçi 2 628
Tanınmış klub onun müqaviləsini uzadıb, "Neftçi"yə icarəyə verəcək

"Beşiktaş"ın futbolçusu Aydın Hasiç karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Neftçi" 22 yaşlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bakı təmsilçisi bosniyalı ön xətt oyunçusunu icarəyə götürmək niyyətindədir. "Beşiktaş" bu təklifə isti yanaşır. "Qara qartallar" gənc futbolçunun müqaviləsini uzadıb onu "Neftçi"yə icarəyə verəcək.

"Beşiktaş" Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. Bosniya və Herseqovina millisinə də çağırılmış oyunçu ötən mövsüm icarə əsasında ölkəsinin "Sarayevo" klubunda çıxış edib.

O, meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?