COP29

"Neftçi" bu ölkənin millisinin sabiq oyunçusu ilə bağlı son qərarını verdi

18 İyul 22:00 Neftçi 4 650
"Neftçi" bu ölkənin millisinin sabiq oyunçusu ilə bağlı son qərarını verdi

“Neftçi”də daha bir ayrılıq baş tutub.

Paytaxt klubu Dieqo Valdeslə yollarını ayırıb.

Yarımmüdafiəçi bu səbəbdən "ağ qaralar"ın Türkiyədə keçirilən təlim-məşq toplanışında iştirak etmir.

Halbuki daha əvvəl rəsmilər onun komandada qalması üçün danışıqlar aparırdı.

Lakin futbolçunun ötən mövsümlə müqayisədə daha çox qazanc əldə etmək istəyi yekunda ayrılıq qərarı verilməsinə yol açıb.

29 yaşlı paraqvaylı ötən ilin yayında kluba transfer olunmuşdu.

O, başa çatan mövsüm meydana çıxdığı 27 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sabiq "6 nömrə" daha əvvəl ölkəsində “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib.

Valdes Paraqvay millisinin heyətində 1 oyun keçirib. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə debüt edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?