COP29

"Neftçi"dən 7 milyonluq TRANSFER İDDİASIna reaksiya gəldi

16 İyul 14:40 Neftçi 4 052
"Neftçi"dən 7 milyonluq TRANSFER İDDİASIna reaksiya gəldi

“Neftçi” FKSB-in müdafiəçisi Siyabonqa Nqezananın transferindən imtina etməyib.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Əlavə olaraq bildirilib ki, Rumıniya klubunun "ağ qaralar"dan 7 milyon təzminat istəməsi ilə bağlı yayılan informasıya da həqiqəti əks etdirmir.

Hazırda afrikalı legionerin keçidi üçün məxsus olduğu klubla danışıqlar intensiv olaraq aparılır.

Düzdü, keçid baş tutarsa rumınlar bundan müəyyən qazanc əldə edəcəklər.

Lakin həmin məbləğ 7 milyonun yanında çox aşağı bir rəqəm olacaq.

Halbuki daha əvvəl Bakı klubunun qarşı tərəfin 7 milyon avro təzminat tələbindən sonra transferdən imtina etdiyi iddia olunurdu.

Nqezananın Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Afrikalı müdafiəçinin “transfermarkt” portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.

Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?