COP29

Millimizin üzvü razılıq verdi, "Neftçi" rəsmiləri danışıqları sürətləndirdi

14 İyul 18:10 Neftçi 5 592
Millimizin üzvü razılıq verdi, "Neftçi" rəsmiləri danışıqları sürətləndirdi

"Neftçi"nin Emil Mustafayevlə bağlı israrı davam edir.

"Ağ qaralar" uzun danışıqlardan sonra futbolçunun razılığını ala bilib.

O, yeni mövsümə təmsilçimizdə başlamağa isti yanaşır.

Halbuki son günlərə qədər Ukraynada qalmağa can atırdı.

İndi qalır Mustafayevin məxsus olduğu "Polissya" ilə dil tapmaq.

Futbolçu qərarını qətiləşdirəndən sonra tərəflər danışıqları sürətləndirib.

Ukrayna təmsilçisi yarımmüdafiəçiyə görə istədiyi təzminatda müəyyən güzəşt getsə, millimizin üzvünü "Neftçi"də görə bilərik.

Emil Mustafayev Ukrayna futbol məktəbinin yetirməsidir.

O, futbolun sirlərinə “Aleksandriya”da yiyələnib.

“Polissya”ya da ötən ilin yayında məhz bu klubdan transfer olunub.

22 yaşlı orta sahə oyunçusunun müqavilə müddəti 2027-ci ilə kimidir.

Mustafayev Azərbaycanın əsas komandasında 4 matç keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti