COP29

"Neftçi"nin yeni transferi düşərgəni tərk etdi - ŞOK DETALLAR!

14 İyul 16:05 Neftçi 6 815
"Neftçi"nin yeni transferi düşərgəni tərk etdi - ŞOK DETALLAR!

Səlahət Ağayevin "Neftçi"yə qayıdışı baş tutmayıb.

Əslində təcrübəli qapıçı bir neçə gün əvvəl "Neftçi"nin Türkiyənin Ərzurum bölgəsində keçən toplanışına qatılıb.

Tərəflər arasında iki illik anlaşma imzalanıb.

Amma bu gün səhər Ağayev düşərgəni tərk etmək istəyilə bağlı baş məşqçi Roman Qriqarçuka məlumat verib.

33 yaşlı kiperin belə qərara gəlməsinin arxasında isə şok səbəb dayanır.

Belə ki, onun "ağ qaralar"la anlaşıdığı yazdığımız ilk gündən azarkeşlər dayanmadan onun şəxsi mobil nömrəsinə zəng ediblər.

Müxtəlif azarkeşlərin səsləndirdiyi fikirlərin məzmunu isə eyni olub - sənə bu komandada yer yoxdur.

Çərçivə qoruyucusu bu şərtlər altında burada qalmağın mümkün olmadığını baş məşqçinin diqqətinə çatdırıb.

Və bundan sonra onun gedişi üçün lazım olan addımlar klub tərəfindən atılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti