COP29

"Neftçi" Superliqada çıxış edən klublardan “okey” aldı

11 İyul 16:20 Neftçi 2 098
"Neftçi" Superliqada çıxış edən klublardan “okey” aldı

Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi"nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, "ağ-qaralar" ilk olaraq iyulun 13-də Türkiyənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.

Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Superliqa kollektivi “Sivasspor” olacaq.

İyulun 8-də qardaş ölkəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə