COP29

İcarəyə verilməsinə razılaşmadı: "Mən bölgədə yaşamaq istəmirəm"

7 İyul 12:20 Neftçi 1 629
İcarəyə verilməsinə razılaşmadı: "Mən bölgədə yaşamaq istəmirəm"

«Turan Tovuz»un hücumçusu Luis Paçu «Kəpəz»ə keçməkdən imtina edib.

Növbəti mövsüm öncəsi heyətlə bağlı problemlər yaşayan «Kəpəz» ona üz tutsa da, «yox» cavabı alıb.

Gəncə təmsilçisi Paçunu icarəyə götiürmək istəyində idi.

Nizami yurdunun təmsilçisi hücumçunun əməkhaqqını tamamilə qarşılamaq gücündə deyil, ona görə də qarşı tərəfdən olan həmkarlarına öz xahişlərini etmişd - gəlin, bu maaşın yarısını siz ödəyin, yarısını da biz.

Fəqət, cənubi amerikalı «mən bölgədə yaşamaq istəmirəm» deyərək, «Kəpəz»in arzusunu reallaşdırmayıb.

Xəbər vermişik: yeni baş məşqçi Kurban Berdiyev onun xidmətindən imtina edib.

Bundan öncə braziliyalı müdafiəçi Bruno Qonçalvesi sərəncamında görmək istəməyən rusiyalı çalışdırıcı bu dəfə Luis Paçunun üstündən qara xətt çəkib.

72 yaşlı mütəxəssis adıçəkilən hücumçunun ona lazım olmaması barədə kulb funksionerlərini məlumatlandırıb. O, Paçunun oyun stilinə uyğun gəlmədiyini bildirib.

Berdiyev müqaviləsi 2025-ci ilin yayında bitəcək «sambaçı»nın tənbəl olduğunu, müdafiəyə kömək etmədiyini söyləyib.

Deyib ki, hərəkət traektoriyası məhdud olan forvardı qurmaq istədiyi komandada görmür, odur ki, icarəyə verilməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?