COP29

"Neftçi": Argentina millisinin sabiq hücumçusu ilə bağlı SON QƏRAR verildi

7 İyul 18:35 Neftçi 7 589
"Neftçi": Argentina millisinin sabiq hücumçusu ilə bağlı SON  QƏRAR verildi

Yeni mövsümə "Neftçi"də başlamayacaq futbolçuların sırasına Lukas Melano da qoşulub.

Yeni baş məşqçi Roman Qriqarçuk belə qərar verib.

Təcrübəli mütəxəssis rəhbərlikdən onun göndərilməsini istəyib.

Rəsmilər də artıq 31 yaşlı hücumçunu mövcud durumdan xəbərdar ediblər.

Ona özünə yeni klub tapması tapşırılıb.

Argentinalı legioner ötən ilin sentyabr ayında "ağ qaralar"a transfer olunub.

Onunla 1+1 şərtilə müqavilə imzalanıb.

Argentinanın U-20 millisinin sabiq üzvü "Neftçi" formasında keçirdiyi 12 matçda qol hesabını aça bilməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?