COP29

Qriqarçukdan “Neftçi” rəhbərliyinə mesaj - O, mənə lazım deyil

6 İyul 21:00 Neftçi 7 660
Qriqarçukdan “Neftçi” rəhbərliyinə mesaj - O, mənə lazım deyil

Roman Qriqarçukun "Neftçi"də görmək istəmədiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.

Bu, belaruslu forvard Yeqor Boqomolskidir.

24 yaşlı hücumçu ukraynalı mütəxəssisin gələcək planlarına daxil deyil.

59 yaşlı çalışdırıcı rəhbərliyi bu barədə məlumatlandırıb.

Boqomolskinin klubla gələn ilin yayına kimi müqaviləsi var.

Əcnəbi hücumçu 2022-ci ilin yayından "Neftçi"də çıxış edir.

Belarus millisinin üzvü arxada qalan müddətdə meydana çıxdığı 67 matçda 8 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq