COP29

“Baş məşqçiləri 5-6 aydan bir dəyişmək “Neftçi”ni uğura aparmayacaq”

5 İyul 21:20 Neftçi 1 229
“Baş məşqçiləri 5-6 aydan bir dəyişmək “Neftçi”ni uğura aparmayacaq”

“Neftçi” elə klubdur ki, orada vaxt verilmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında - “Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.

Ötən ilin dekabrında Azərbaycana gələn, mayda isə istefaya göndərilən monteneqrolu mütəxəssis bu haqda maraqlı fikir söyləyib.

O, “klub rəhbərliyinin yerində olsaydız, bu nəticələrdən sonra Miodraq Bojoviçi postunda saxlayardız” sualına cavabında deyib:

“Düşünsəydim ki, 4 ay böyük müddətdir, xeyr, saxlamazdım. Fikirləşsəydim ki, baş məşqçiyə nəticə vermək üçün daha çox zaman lazımdır, bəli, yeni müqavilə bağlayardım.

“Neftçi”də futbolçuların yaş ortalaması çoxdur. Buna baxmayaraq, sona qədər Rza Cəfərova şans verdik, mən gələndən sonra Ağadadaş Salyanski oynamağa başladı.

Baş məşqçiləri 5-6 aydan bir dəyişmək “Neftçi”ni uğura aparmayacaq.

Bu, çıxış yolu deyil. Qurban Qurbanov görün neçə ildir “Qarabağ”ı çalışdırır”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq