COP29

"Neftçi" rəhbərliyinin iradına əcnəbi futbolçudan reaksiya: "Mən belə sözlər deməmişəm"

4 İyul 20:40 Neftçi 1 578
"Neftçi" rəhbərliyinin iradına əcnəbi futbolçudan reaksiya: "Mən belə sözlər deməmişəm"

"Neftçi”nin futbolçusu Mark Tamaş Konfrans Liqasında “Sumqayıt”la qarşılaşacaq Macarıstan təmsilçisi “Fehervar”ın saytına müsahibə verib.

O, buraya gəlişi, "Neftçi"də keçən günləri və "Fehervar"ın "Sumqayıt" önündə şanslarını dəyərləndirib.

Bu əsnada 30 yaşlı macarıstanlı legionerin "Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında çox şey bilmirdim, amma “Qarabağ”ı yaxşı tanıyırdım. “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur" - deyə səsləndirdiyi fikir "ağ qaralar"ın rəhbərliyini narazı salıb.

Rəsmilər bu barədə əcnəbi futbolçuya iradlarını çatdırıb.

Tamaş müsahibə ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib:

"Mən belə fikirlər səsləndirməmişəm. Hər zaman olduğum kluba, onun azarkeşlərinə və rənglərinə sayğı duymuşam. Təhrif olunan fikirlərimə isə düzəliş ediləcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti