COP29

“Neftçi” ilə yolları ayrılan oyunçu: “Əvvəl bu şərt xoşuma gəlmədi, amma...”

2 İyul 10:40 Neftçi 1 910
“Neftçi” ilə yolları ayrılan oyunçu: “Əvvəl bu şərt xoşuma gəlmədi, amma...”

“Maliyyə ilə bağlı problem yox idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”dən ayrılan Eddi İsrafilov deyib.

Bakılıların müqavilə müddətini uzatmadığı və beləcə, 2 illik “ağ-qara” dönəmi başa çatan millinin yarımmüdafiəçisi gedişi haqda danışıb:

“Yanvarda Miodraq Bojoviç komanda ilə tanış olandan sonra klub rəhbərliyinə məni növbəti mövsümdə “Neftçi”də görmək istədiyini bildirmişdi.

Bundan sonra Yens Andersson mənə yeni müqavilə təklifi göndərdi. Anlaşmanın müddəti 1+1 il idi.

Əvvəl bu şərt xoşuma gəlmədi. Amma maliyyə baxımından problem olmadı, çünki klubun təklifi məni qane edirdi.

Xoşuma gəlməyən bənd, dediyim kimi, müqavilənin müddəti idi”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO