COP29

“Neftçi”də  düşünürlər – İmzalayaq, yoxsa yox?

1 İyul 20:40 Neftçi 1 955
“Neftçi”də  düşünürlər – İmzalayaq, yoxsa yox?

Başa çatan mövsümü uğursuz başa vuran “Neftçi”dəki ayrılıqlar rəsmən bəyan edilməkdədir.

Ömər Buludov, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov və Ataa Caber – klubla sözləşməsinin müddəti çatan futbolçularla yeni müqavilə imzalanmadı.

Anlaşması sonlanan daha bir oyunçu Dieqo Valdezdir. Lakin onunla bağlı susqunluqdur.

Redaksiyamıza daxil olan məlumata görə, paraqvaylı yarımmüdafiəçinin karyerasını ağ-qara formada davam etdirmək ehtimalı var.

Hazırda bu yöndə müzakirələr davam edir. Yeni baş məşqçi Roman Qriqorçuk ehtiyac duyacağı təqdirdə Valdez kollektivə qoşulacaq.

30 yaşlı futbolçu ötən mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 27 matçda 3 qol və 1 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO