COP29

"Neftçi"də 2 illik yeni müqavilə

30 İyun 09:50 Neftçi 3 194
"Neftçi"də 2 illik yeni müqavilə

Transfer çalışmalarını sürətləndirən "Neftçi"də Kilan Lebonla bağlı da son qərar verilib.

26 yaşlı yarımmüdafiəçi yeni mövsümə "ağ qaralar"da başlayacaq.

Sent Martin millisinin üzvü klubdan aldığı yeni təklifə müsbət reaksiya verib.

Onunla imzalanacaq yeni müqavilənin müddəti 2 ili əhatə edəcək.

Vingerin bu gündən komandanın Bakıdakı hazırlığına qoşulacağı gözlənilir.

Lebon 2023-cü ilin yanvarından Bakı klubunun formasını geyinir.

O, "Neftçi"nin heyətində meydana çıxdığı 57 matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti