COP29

"Neftçi"də TRANSFER GÜNDƏMİ: Hər kəsin tanıdığı forvardla danışıqlar başlandı

29 İyun 22:20 Neftçi 5 794
"Neftçi"də TRANSFER GÜNDƏMİ: Hər kəsin tanıdığı forvardla danışıqlar başlandı

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.

25 yaşlı forvardın xidmətində "Neftçi" maraqlıdır.

Tərəflər arasında danışıqlar bir neçə gündür start götürüb.

Onun "ağ qaralar"a gəlmək şansı kifayət qədər yüksəkdir.

Müqavilə ilə "Qrasshopper"ə məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib.

O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 6 qolla yadda qalıb.

Maraq üçün bildirək ki, Dadaşov Azərbaycan millisində keçirdiyi 30 oyunda aktivinə 3 qol yazdıra bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti