COP29

"Neftçi"də millimizin üzvü ilə bağlı YEKUN QƏRAR verildi

29 İyun 14:40 Neftçi 2 834
"Neftçi"də millimizin üzvü ilə bağlı YEKUN QƏRAR verildi

Höccət Haqverdi yeni mövsümə də "Neftçi"də başlayacaq.

Klub müdafiəçiyə bir illik yeni müqavilə təklif edib.

O da buna razılaşıb.

31 yaşlı futbolçu 2023-cü ilin yanvarından "ağ qaralar"ın formasını geyinir.

O, arxada qalan müddətdə "Neftçi"nin heyətində 47 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

Ökəmizdə ilk klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib.

Milliləşdirilmiş mərkəz müdafiəçisi millimizin heyətində 23 oyunda meydana çıxıb, 1 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti