COP29

“Neftçi”nin yeni direktoru bu şəxsi rəhbər vəzifədə saxlamadı - FOTO

29 İyun 10:40 Neftçi 2 473
“Neftçi”nin yeni direktoru bu şəxsi rəhbər vəzifədə saxlamadı - FOTO

“Neftçi”nin yeni baş icraçı direktoru Ceng Sümer ilk qərarını verib.

Onun birinci göstərişi öz həmyerlisi ilə bağlıdır.

Belə ki, türkiyəli funksioner Cemal Bülbülü akademiyanın texniki direktoru vəzifəsindən uzaqlaşdırıb. 2022-ci ildə bura təyinat alan və 2 illik müqavilə imzalayan 37 yaşlı mütəxəssislə sözləşmənin müddəti uzadılmayıb.

image

“Karşıyaka” (2009-2010) və “Vestel Manisa”da (2011-2012) baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.

O, 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. Cemal Bülbül UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?