COP29

“Qriqorçuka “Neftçi”də vaxt lazımdır ki, “Qarabağ”la rəqabət aparsın”

28 İyun 22:40 Neftçi 2 114
“Qriqorçuka “Neftçi”də vaxt lazımdır ki, “Qarabağ”la rəqabət aparsın”

Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Neftçi"nin baş məşqçi postuna yeni təyin olunan Roman Qriqorçukun “Qarabağ”la rəqabət aparacaq komanda formalaşdıracağını düşünür.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında mütəxəssis özü deyib.

O, ukraynalı həmkarının Azərbaycan Premyer Liqasında rəqabəti artıracağını söyləyib:

“Müsbət tərəfi odur ki, bizim çempionat Roman Qriqorçuka tanışdır. Düzdür, o vaxtdan bəri dəyişikliklər var.

Məncə, Qriqorçukun "Qəbələ"də çalışdığı dövrdə daha güclü legionerlər var idi. Azərbaycanı tanıması müsbət haldır.

Hazırda “Neftçi” klubuna çempionluq lazımdır. Qriqorçuka “Qarabağ”la rəqabət aparacaq komandanı komplektləşdirmək üçün vaxt lazımdır”.

A.Əsədov çempionatın daha maraqlı olacağını düşünür:

“Çempionatımıza təcrübəli məşqçilərin gəlməsi mübarizə baxımından yaxşıdır. Premyer Liqa daha maraqlı olacaq.

Digər müsbət cəhət odur ki, "Neftçi" bu yay avrokuboklarda çıxış etməyəcək, yəni təzyiq yoxdur. Komandanı istədiyi kimi formalaşdırsa, avrokuboklara vəsiqə qazana bilər.

Təbii ki, onun rəqabət yaratmaq üçün potensialı var. İstər-istəməz çempionatda məşqçilər arasında da rəqabət yaranacaq”.

"Neftçi" Roman Qriqorçukla iyunun 26-da 2 illik müqavilə bağlayıb. Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə “Qəbələ" ilə Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub.

Komanda həmçinin iki dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?