COP29

SON DƏQİQƏ: “Neftçi”lilərin gözü bu transferdə olsun – Milli üzvü Bakıya gəlir

28 İyun 14:40 Neftçi 3 039
SON DƏQİQƏ: “Neftçi”lilərin gözü bu transferdə olsun – Milli üzvü Bakıya gəlir

Yeni mövsümdə “Neftçi”nin nəticələrinə Roman Qriqorçuk cavabdehlik daşıyacaq.

Ukraynalı çalışdırıcının təyinatını rəsmən bəyan edən “ağ-qaralar” hələ ki, “təmizləmə əməliyyatı” ilə diqqət çəkir.

Yaxın günlərdə yeni transferlərlə bağlı məlumat veriləcək.

“Neftçi”nin növbəti mövsüm üçün əsas transferlərindən biri daha öncə xəbər verdiyimiz kimi Edvin Kuç olacaq.

30 yaşlı yarımmüdafiəçi bakılılarla bütün şərtlərdə razılığa gəlib. Artıq bu keçidlə bağlı dünyaca ünlü “transfermarkt” saytı da xəbər yayıb. O, iyulun 1-dən “ağ-qaralar”a məxsus olacaq.

“Neftçi”nin Edvinin transferi ilə bağlı rəsmi informasiyanı elan etməsi an məsələsidir.

Təcrübəli futbolçu ötən mövsüm Kosova çempionatında mübarizə aparan “Balkani”nin formasını geyinməklə 50 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Monteneqro millisində 7 oyunda 3 qol vurmuş Kuç yarınmüdafiənin mərkəzində oynamaq bacarığı ilə fərqlənir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək