"Neftçi"nin yarımmüdafiəçisi Filip Ozobiç Premyer Liqanın 36-cı turunun "Sabah"la oyunu (0:1) haqda açıqlama verib.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı bildirib:
“Sadəcə, onu demək istəyirəm ki, azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu, onlara heç nə verməyəcək.
Amma yenə də onlardan üzr istəyirəm. Bu futboldur, hər şey ola bilər.
Çox danışmaq istəmirəm. Ancaq azarkeşlərə üzrxahlığımı çatdırmaq istəyirəm”.
“Neftçi” Premyer Liqanın son turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq mövsümü 5-ci yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.