"Neftçi"nin yollarını ayıracağı futbolçulardan daha birinin kimliyi məlum olub.
Bu, yarımmüdafiəçi Ataa Caberdir.
"Ağ qaralar" fələstinli legionerin xidmətində maraqlı deyil.
Orta sahə oyunçusuna bu barədə bilgi verilib.
29 yaşlı əcnəbi 2022-ci ildən ölkəmizdə top qovur.
Fələstin millisinin üzvü "Neftçi" formasında meydana çıxdığı 58 matçda 9 qol, 7 asistlə yadda qalıb.
Onunla başa çatan müqavilə yenilənməyəcək.
XANOĞLAN / SPORTİNFO.AZ