COP29

“Sportinfo”nun əməkdaşı təkid etdi, o, “Neftçi”nin azarkeşlərindən üzr istədi

26 May 22:30 Neftçi 1 699
“Sportinfo”nun əməkdaşı təkid etdi, o,  “Neftçi”nin azarkeşlərindən üzr istədi

“Sabah”la oyunda məğlub olaraq mövsümü 5-ci pillədə başa vuran “Neftçi”nin futbolçuları yenə öz ampluasında idi.

Əksəriyyət bu dəfə də “arxa qapı”dan qaçmağı çıxış yolu hesab etmişdisə, aralarında gülən oyunçuya, sevgilisi ilə birlikdə üzgün olan legionerə, açıqlama vermək istəməyən futbolçulara rast gəldik.

İvan Brkiç də danışmaq istəmirdi.

Bəndənizin “Hamınız susursunuz. Uğursuzluğa görə xalqdan, azarkeşlərdən üzr istəmək bu qədərmi çətindir” sualını eşidən xorvatİiyalı qapıçı başını yelləyib avtobusa mindi.

İraddan nəticə çıxarandan sonra geri qayıdıb fikirlərini qısa formada çatdıracağını deyib, başqa sualları cavablandırmayacağını bildirdi:

“Azarkeşlərdən çox-çox üzr istəyirəm. Yaşananlara görə məyusuq. Futboldur, belə hallar olur. Niyə uduzduğumuz haqda çox danışmaq istəmirəm. Sadəcə, azarkeşlərdən üzr istəyirəm”.

HƏBİB / SPORTİN FO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?