COP29

Məşhur sima “Neftçi” üçün uğur resepti verdi, üç nəfərin adını çəkdi

18 May 17:20 Neftçi 3 929
Məşhur sima “Neftçi” üçün uğur resepti verdi, üç nəfərin adını çəkdi

“Neftçi”nin ötən günlərindən uzaq düşməsi göz qabağındadır.

2011-2013-cü illər aralığında tarixinin ən parlaq dönəmini yaşayan “ağ-qaralar” o vaxtdan bu yana yalnız bir dəfə - 2021-ci ildə çempionluq sevincini təkrarlayıb.

Son vaxtlar qızıl bir tərəfə, gümüş medalları qazanmaq, ölkə kubokunu muzeyə aparmaq müşkülə çevrilib. Saysız-hesabsız idarəçi, baş məşqçi və futbolçu dəyişiklikləri olsa da, ümumi vəziyyət dəyişmir ki, dəyişmir.

Vaxtilə “Neftçi”nin ən bacarıqlı futbolçularından olan Cavid İmamverdiyev Sportinfo.az-a açıqlamasında komandanın uğurlü günlərini qaytarması üçün çıxış yolunu göstərib:

“Şəxsi fikrimi deyirəm. “Neftçi” əvvəlki əzəmətini qaytarmaq üçün kluba Sadıq Sadıqov, Tahir Süleymanov və Güloğlan Cabbarov gəlməlidir. Məhz bu idarəçilər komandanı düşdüyü vəziyyətdən çıxara bilərlər.

Bu insanlar “Neftçi” üçün canlarını verirdilər, gecələri yatmırdılar. O dönəmdə komandada olanlar dediklərimin canlı şahidi olublar.

İstənilən futbolçudan soruşa bilərsiniz. “Neftçi”nin illərdir davam edən problemi idarəçiliklə bağlıdır. Bu problem aradan qalxsa, azarkeşləri sevindirən nəticələr olacaq”.

Sadıq Sadıqovun prezident, Tahir Süleymanovun vitse-prezident olduğu 2009-2014-cü illər aralığında bakılılar 3 dəfə ölkə çempionu olub, 2 dəfə Azərbaycan kubokunu qazanıb, ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasında iştirak edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?