COP29

“Neftçi”nin futbolçusundan barışıq mesajı: “Darıxmışıq, bizə çox çətindir”

1 May 21:20 Neftçi 1 114
“Neftçi”nin futbolçusundan barışıq mesajı: “Darıxmışıq, bizə çox çətindir”

“Bura gəldiyim ilk gündən “Neftçi” azarkeşləri məni isti qarşıladılar.

Onlara hər zaman ehtiyacımız var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sevilən futbolçularından olan Yuri Matias deyib.

Ağ-qara rənglərə könül verənlər uğursuz nəticələrdən bezərək boykot qərarını veriblər. İki aya yaxındır stadionlara getməyərək etirazlarını bu yolla bildirirlər.

Braziliyalı müdafiəçi bu qərarın komandaya fayda verməyəcəyini deyərək onları barışığa çağırıb:

“Hər zaman səmimi olmağa çalışmışam, bu dəfə də səmimiliyimi qoruyacağam. Azarkeşlərimizin boykot qərarının “Neftçi”yə köməyi olmayacaq.

Azarkeş komandaya kömək etməlidir. Klubun özü və adı hər zaman futbolçulardan üstündür.

Ona görə də klubu dəstəkləməkdə davam etməlidirlər. Onlar üçün darıxmışıq və etiraf edim ki, onlarsız oynamaq çox çətindir.

Bilirəm ki, onlar da tribunada “Neftçi”ni dəstəkləmək üçün darıxıblar. Qarşıda vacib matçlarımız var. Yenidən tribunaya qayıdıb bizi dəstəkləyəcəklərinə inanırıq”.

“Neftçi” martın 3-də doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan oyundan sonra “Forza Neftçi” yaydığı bəyanatla qeyri-müəyyən müddətə boykot qərarı verib.

Ötən həftəsonu isə tərəflar arasında barışıq əldə olunub. fanklub «Turan Tovuz»la matçda tribunadakı yerini tutub və 3:0 hesablı qələbəyə öz tövhələrini veriblər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu