COP29

"Neftçi"də bu adamla bağlı narahatlıq böyüyür: "Ayılın, sonda gedəcək "Qarabağ"a"

17 Fevral 20:00 Neftçi 6 702
"Neftçi"də bu adamla bağlı narahatlıq böyüyür: "Ayılın, sonda gedəcək "Qarabağ"a"

Əvəzedicilər Liqasının 22-ci turu lider "Neftçi-2"nin növbəti qələbəsi ilə yadda qaldı.

"Araz Naxçıvan-2"nin darmadağın edildiyi (4:0) qarşılaşmada yenə səhnəyə Ağadadaş Salyanski çıxdı.

O, bu dəfə təkbaşına rəqib qapısından 4 qol keçirib.

Bu görüşə kimi 17 qolla bombardir olan hücumçu vurduğu qolların sayını 21-ə yüksəldib.

Gənclər millimizin üzvünün parlaq çıxışı "Neftçi" tərəfdarlarını hərəkətə gətirib.

Fanatlar qol vurmaq yollarında ciddi sıxıntı yaşayan Miodraq Bojoviçin Ağadadaşa güvənməməsini sərt tənqdi ediblər:

"Premyer Liqada Melanodan çox qolu var".

"Baxın, ayılın, görün Ağadadaş Salyanskini. Az qala tək başına əsas heyətin bütün komanda olaraq vurduğu qoldan çox qol vurub. İnsafla davranın, əsas heyətdə bu uşağa şərait yaradın".

"Bəlkə, Ağadadaşa edilən haqqsızlıq bəs edər?".

"Şinyaşikin, Boqomolski və Olanare heç nə etmədən yüzminlər qazanır. Bəlkə, ən azından özümüzünkü oynasın?".

"Boqomolskinin yerinə niyə oynadılmır? Milli komandaya da oyunçu yetişərdi".

"Əsas komandamız qədər qol vurub".

"Buraxın oynasın da. Uzağı qol vurmayacaq. Digərləri də onsuz vura bilmir".

"Ağadadaş kimisi "Neftçi"də kimlərəsə sərf etmir. Bəs heyətdə legionerlə oynamasın?".

"Axırda verəcəklər hansısa komandaya icarəyə, orada da bir az təcrübə yığıb gedəcək "Qarabağ"a".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu