COP29

“Hər şey indi başlayır”- Söhbət “Neftçi”dən gedir

4 Dekabr 2023 23:00 Neftçi 899
“Hər şey indi başlayır”- Söhbət “Neftçi”dən gedir

“Neftçi” tribunasının bəzəyi olan “Forza Neftçi” bundan sonra susmaq niyyətində deyil.

Cari mövsümün əvvəlindəki uğursuzluqlar zamanı səbr etməyi üstün tutaraq hər imkanda komandanın yanında olduğunu göstərən “forzalılar” “Zirə”ylə oyunda tam başqaydı.

90 dəqiqə susmaq bilməyən fanatlar komandanın və klub rəsmilərinin ünvanına tənqid və təhqirlər yağdırmaqla mövcud durumla razılaşmadıqlarını göstərdilər.

Görünür, əldə olunan qalibiyyət də “Forza Neftçi”də yer alanların könlünü oxşamayıb. Oyundan sonra azarkeş qrupunun sosial şəbəkə hesabındakı paylaşım “konsert”in yeni başlamasına işarədir:

“Sərgilədiyiniz “göz oxşayan və zövq dolu” oyununuz üçün sizə təşəkkür edəcəyimizi düşünməyin.

Çünki hər şey hələ indi başlayır”.

Bu, kifayət qədər ciddi mesajdır. “Neftçi” azarkeşləri bir qalibiyyətdən razı qalmadıqlarını, davamını görmək istədiklərini bəyan edirlər.

“Ağ-qaralar” Premyer Liqanın 16-cı turunda “Turan Tovuz”u qəbul edəcək, 17-ci turda “Qarabağ”la səfər görüşünə çıxacaq, çempionatın ilk yarısının sonuncu turunda “Neftçi Arena”da “Kəpəz”lə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?