COP29

"Böyükağa Hacıyev sağ olsaydı..." - FOTO

1 Dekabr 2023 19:40 Neftçi 1 165
"Böyükağa Hacıyev sağ olsaydı..." - FOTO

“Neftçi” Premyer Liqada növbəti xal itkisi ilə qarşılaşıb.

Doğma meydanda “Araz Naxçıvan”ı qəbil edən Mutunun komandası qələbəni oyuna əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla əldən verib – 1:1.

“Ağ qaralar”ın uğursuzluğuna komandanın sabiq məşqçisi, rəhmətlik Böyükağa Hacıyevin övladı da biganə qalmayıb.

Yusif Hacıyev öz “feysbuk” hesabından narazılığını dilə gətirib.

Həm də çox sərt formada.

O, Böyükağa müəllimin fotosunu paylaşaraq bu sözləri yazıb: “Rəhmətlik sağ olsaydı, “Neftçi”dəki şou-biznes kruqun tutub belə edərdi”.

Böyükağa Hacıyev 2018-ci ildə dünyasın dəyişib.

O, məşqçilik karyerasında “Bakı” və “Neftçi” kimi klublarda çalışıb.

Hər iki komanda ilə ölkə çempionluğu qazanıb.

Həmçinin “Neftçi” Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə onun rəhbərliyi altında yüksəldib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?