COP29

"NEFTÇİ"nin əcnəbiləri üçün gözdağı olan GÜNDƏM

2 Noyabr 2023 22:20 Neftçi 953
"NEFTÇİ"nin əcnəbiləri üçün gözdağı olan GÜNDƏM

Premyer Liqada ikinci dövrəni yarılamağa az qalıb, amma hələ də “Neftçi”nin yayda heyətinə qaydığı legionerin yarıdan çoxu öz keyfiyyətini ortaya qoya bilmir.

Əbəs deyil ki, bu gün Dieqo Valdez , Andre Şinyaşiki , Mirzov, Lukas Melano və Aaron Olanare hələ də komandanın əsas heyət üzvləri hesab olunmurlar.

Gah oyuna sonradan daxil olurlar, gah da ümumiyyətlə ehtiyatdan oyunu izləyirlər.

Ən böyük problem isə ondadır ki, adlarını sadaladığmız futbolçuların demək olar hamısı ön xəttin nümayəndələridir.

Elə bunun nəticəsidir ki, “ağ qaralar” qol vurmaq yollarında ciddi problem yaşayır.

Müdafiə xətti ilə bağlı sanki hər şey yolunda kimidir.

Komanda yalnız “Zirə”dən çox qol buraxıb. Rəşad Sadıqovun yetirmələri qapısından 7 qol buraxıbsa, “Neftçi”də bu say 10-du.

Müdafiə xəttinin lideri Yuri Matias əksər vaxt öz missiyasını artıqlaması ilə yetirir.

Ki, hücumçuların vurmalı olduğu qolları braziliyalı legioner rəqib qapılarından keçirir.

Lakin hücum xətti ilə bağlı mənzərə fiaskodur.

Təsəvvür edin ki, aktivində vurulan 11 qol olan komanda nəinki iddialı “Qarabağ” və “Sabah”dan hətta “Səbail”, “Turan Tovuz”, “Araz Naxçıvan” kimi kollektivlərdən də geri qalır.

Yenilər üçün bu mənzərə gözdağı olmalıdır.

Həmin klublardakı şəraitə, verilə pullara baxıb dərs çıxarmalıdılar.

Qısa müddətdə gəlmələr yuxudan ayılmalı, komandaya vurduqları qollar və asistlərlə yardım etməlidir.

Axı həmin futbolçular bunun üçün gətiriliblər.

Gec olmadan ortaya keyfiyyət qoymaq lazımdır.

Nə zaman durur, nə də turlar yerində sayır.

Haqqında bəhs etdiyimiz futbolçular da yerində durmamalı zamana və turlara qoşulub irəli sıçramalı, ortaya fərq qoymalıdırlar.

Ki, yalnız bu halda aldqları böyük pulların haqqını verə, “Neftçi”ni düşdüyü çətin durumdan xilas edə bilərlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?