Azərbaycan millisinin hücumçusu Mahir Emreli Adrian Mutunun diqqətini çəkib.
Rumıniyalı mütəxəssis onu «Neftçi»də görməkdə maraqlıdır.
Üç ay əvvəl «ağ-qaralar»ın sükanı arxasına keçən çalışdırıcı ötən ildən Zaqreb «Dinamo»sunun şərəfini qoruyan forvardın bir neçə matçını izləyib və barəsində müsbət rəyə gəlib.
Mutu 26 yaşlı ön xətt oyunçusunun 1,5 illik icarəyə götürülməsinə tərəfdardır. Yaxın vaxtlarda Xorvatiya təmsilçisi ilə danışıqların başlanması gözlənilir.
Mahirin «Dinamo» ilə müqaviləsinin müddətinin başa çatmasına 2 ildən çox vaxt qalıb.
Keçən sezonun ikinci yarısını icarə əsasında Türkiyədə - «Konyaspor»da tamamlayan yığmamızın üzvü ger döndükdən sonra əsas heyətə düşməyə çətinlik çəkir.
SPORTİNFO.AZ