COP29

İki dəfə "Neftçi"yə gəlib-getdi, Hindistan klubu ilə müqavilə bağladı

21 Sentyabr 2023 14:00 Neftçi 1 823
İki dəfə "Neftçi"yə gəlib-getdi, Hindistan klubu ilə müqavilə bağladı

"Kəpəz" və "Neftçi" nin sabiq vingeri Dario Frederiko özünə yeni klub tapıb.

Braziliyalı legioner bundan sonra karyerasını Hindistanda davam etdirəcək.

27 yaşlı «sambaçı» "Rajastan Yunayted" ilə müqavilə bağlayıb. O, 1 il ərzində Asiya təmsilçisinin formasını geyinəcək.

2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin şərəfini qoruyan və 40 oyunda 5 qol vuran yarımmüdafiəçi buradan ayrılandan sonra Litvaya üz tutub, qısa müddət "Riqa"nın uğurları üçün çalışıb.

Daha sonra Vyetnama yollanıb, "Hoşmin"lə anlaşıb.

Vaxtilə “Kəpəz”də Şahin Diniyevin rəhbərliyi altında oynamış, məhz Gəncə təmsilçisindəki inamlı çıxışı ilə “Neftçi”nin diqqətini çəkmiş vingerin karyerasını “Səbail”də davam etdirmək imkanı olub.

Klubla futbolçunun agenti arasında danışıqlar getsə də, sövdələşmə baş tutmayıb. Əslində, Dario Azərbaycana qayıtmağa qarşı çıxmayıb.

Yenidən Diniyevin rəhbərliyi altında oynamaq istəyini bildirib. Lakin futbolçunun müqavilə ilə məxsus olduğu “Sinqida Yunayted” Federikonun çıxışını Azərbaycanda davam etdirməsinə mane olub.

Tanzaniya təmsilçisi keçid üçün “Səbail”dən transfer haqqı tələb edib. Daha doğrusu, iyuldan bu yana verilən maaşın geri qaytarılması təqdirində futbolçuya azad agent statusunun verilməsinin mümkünlüyü diqqətə çatdırılıb.

“Səbail” isə bununla razılaşmayıb. “Sinqida Yunayted”ə ödənilməli olan məbləğ, üstəgəl, Darioya veriləcək maaş bayıllıların cibinə uyğun olmayıb. Nəticədə Diniyevin Federiko sevdası bu dəfə baş tutmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti