«Neftçi»nin baş məşqçisi Adrian Mutu maraqlı qərar verib.
Rumıniyalı mütəxəssis futbolçuların oyundan öncə klubun Nobel prospektində yerləşən bazada qalmasını istəyib.
İyulda görəvə gələn çalışdırıcı buranı komanda üçün münasib görməyib. Onun fikrincə, bazadakı şərait yüksək tələblərə cavab vermir.
Rəhbərlik Mutunun mövqeyi ilə razılaşıb - «ağ-qaralar» hər matçdan əvvəl beşulduzlu «Hilton» otelində yerləşdiriləcək. Bu, nəvaxtadək belə davam edəcək?
Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazası hazır olanadək. O da nə zaman istifadəyə veriləcək? Güman ki, hələ bir neçə aydan, bəlkə də 1-2 ildən sonra.
Ümumiyyətlə, Mutu şərait məsələsinə olduqca həssas yanaşır. O, futbolçuları üçün ideal ortam yaradılmasına çalışır.
Bu səbəbdən də Bakıxanovdakı bazanın əsas meydançasının ətrafında 7 konteyner quraşdırılıb.
Oyunçular paltarlarını dəyişmək, duş almaq üçün üçün hər məşqdən əvvəl və sonra Nobel prospektivinə gedib-gəlmir.
SPORTİNFO.AZ