Yaxın günlərdə «Neftçi» rəhbərliyində daha bir ayrılıq gözlənilir.
Yeddi ildir klubda vitse-prezident vəzifəsini yerinə yetirən Elnur Eyvazovun istefa verməsi gündəmdədir.
Təcrübəli funksionerin yeni strukturda təmsil olunub-olunmayacağı ona təklif ediləcək vəzifədən asılıdır.
Aldıığımız məlumata görə, SOCAR uzun illər maliyyə məsələlərinə məsuliyyət daşımış kadrın buradan getməsini istəmir.
Sadəcə, o, normal səlahiyyət və şərtlərlə «Neftçi»yə xidmət göstərmək niyyətindədir, arzusunu da üst çevrələrə bildirib.
Elnur Eyvazov 2 gün öncə "ağ-qaralar"la vidalaşa biləcəyinin anonsunu verib, təsirli paylaşım edib:
"Neftçim"!
"Neftçi", sən arzusan! Sən ürəksən! Sən Ali məktəbsən!
Yaşadırsan, yüksəldirsən, fərəhləndirirsən!
Tanıtdırırsan, yoxlayırsan, sınayırsan!
"Neftçi", səni anlamaq və yüksəltmək üçün şərəfini və ləyaqətini ortaya qoymaq belə azdır!
Sən mənə çox şey öyrətdin!
1 sevgim olaraq qalacaqsan! Nələr baş verməyindən heç asılı olmayaraq!
Böyük zirvələr arzuzu ilə".
E.Eyvazov indiyədək «Neftçi»də iki rəhbərliklə çalışıb. Orxan Hüseynzadə və Kamran Quliyevin prezidentliyi dönəmində yüksək görəv alıb.
Bu müddətdə həmişə reputasiyasını qorumağa çalışıb, «sarayadaxili çəkişmələr»dən uzaq dayanıb. Adının çirkaba bulaşmasının qarşısı alınıb.
Klubun iqisadi platformasında nizam yaradıb, şəffaflığın təminatı yönündə ciddi addımlar atıb.
Digər idarəçilərdən fərqli olaravq, məşqçilərin, komandanın daxili işlərinə qarışmayıb, transfer bazarına baş vurmayıb.
SPORTİNFO.AZ