"Neftçi” mövsümdə ikinci məğlubiyyətini aldı.
“Araz Naxçıvan”nın qonağı olan “Ağ qaralar” meydandan minimal hesablı məğlubiyyətlə ayrılmalı oldu – 0:1.
Uduzmaq bir yana, fanatları əsas üzən meydandakı oyundur.
Daha doğrusu, oyundan əsər-əlaməti olmayan kor-koranəlik.
5 tur Mutuya səbr edən fanatların da hövsələsi daralıb.
Gələcəyə ümid görməyən tərəfdarları bu dəfə sükutu pozublar.
Onlar yeni rəhbərliyin qərarlarına, baş məşqçinin işinə sərt etirazların klubun rəsmi hesablarına yazmaqla təsəlli tapıblar:
“Hesabat verin ! Bu məğlubiyyətin hesabatını verin!!!”.
“Bu klubla bacarmayacayıq, deyəsən”.
“Mutunu sevimli futbolçusu Sayeflə birlikdə rədd edin “Neftçi”dən”.
“Bir sürü legioner gətiriblər, amma nə oyun var, nə də nəticə”.
"Gedin atın özüvüzü dənizə. Belə oyun ilə nəinki çempionluq, heç 3 cü yer görsənmir”.
“2 kilo ətin pulun Tərlana verin gəlsin məşqçilik eləsin. Bəsdirin ona-buna milyonları payladız!”
“Guya bunlar təlim-məşq keçmişdi”.
“Belə hara gediriy, görəsən”.
“Mutu mutlu edə bilmədi bizləri. Məncə,işıq yoxdu daha”.
“Otuz nəfər transfer eləmisiz, niye bele olur?”.
XANOĞLAN / SPORTİNFO.AZ