COP29

Mutu: "Rəqib 10 nəfərlə müdafiə olunurdu, nə qədər qol epizodu yarada bilərdik?"

16 Sentyabr 2023 20:30 Neftçi 1 110
Mutu: "Rəqib 10 nəfərlə müdafiə olunurdu, nə qədər qol epizodu yarada bilərdik?"

"Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Nəticə də, belə alındı. Halbuki, oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız yarandı. Düzgün dəyərləndirə bilmədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 6-cı turunun "Araz-Naxçıvan"la matçından sonra keçirilən mətbuat konfransında deyib.

- Bir çox eksperimentlər edirsiz. Optimal heyəti müəyyənləşdirmisiz?

- Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Dəyişikliklər olur. Amma sırf bu gün keçirilən "Araz-Naxçıvan"la görüşdə, rəqibə təhlükəli epizod vermədik. Sadəcə penalti oldu.

- Qara Qarayev hansı planda sizi narazı saldı ki, əvəzlədiz?

- Özünüz də bilirsiz ki, Qara zədələndi. Məcburiyyətdən onu dəyişdik. Başqa bir şey yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik. Penalti epizodu bizim üçün ağır nəticələndi. Ona görə də, daha diqqətli olmalıyıq. Xüsusən də, əks-hücumlarda.

- "Sumqayıt"la matçdan sonra demişdiz ki, əyninizdəki pencək sizə uğur gətirir. Fikrinizdə qalırsız?

- Bəli, mən hələ də, belə düşünürəm.

- Müdafiədə yaxşı oynadığınızı dediniz. Amma rəqib qapısı qarşısında təhlükəli qol epizodlarınız da çox deyildi...

- Rəqib 10 nəfərlə müdafiə olunurdu. Hər iki epizodda şans yaratdıq. Sadəcə rəqib bütünlüklə müdafiə olunurdu. Biz nə qədər qol epizodu yarada bilərdik?

- Bu gün daha iki futbolçu "Neftçi"də debüt etdi. Reziuan Mirzov və Lukas Melano haqda hansı fikirdəsiz?

- Hər ikisi yenidir. Onlara adaptasiya üçün vaxt lazımdır. Bu gün də az oynadılar. Düzdür, tam istədiyimiz formada deyillər. Oyundan-oyuna formaya düşəcəklər, tam komandaya uyğunlaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti