«Neftçi»nin baş məşqçisi Adrian Mutu «Qarabağ»dan gələn Qara Qarayevin çıxışından narazıdır.
Rumıniyalı mütəxəssis 1 aydan çoxdur düşərgədə yer alan və son vaxtlar əsas heyətdə şans verdiyi dayaq yarımmüdafiəçinin özünü göstərə bilmədiyini düşünür.
Buxarest «Rapid»inin sabiq çalışdırıcısı rəsmilərlə müzakirələrin gedişində ondan gileyini dilə gətirib.
Mutu Qaranın hələ də formaya düşə bilmədiyini söyləməklə bərabər, tətbiq etmək istədiyi oyun stlinə uyğun gəlmədiyini deyib.
Qarayevin hücuma yönəlik paslarının azlığından şikayətlənən mütəxəssis, eyni zamanda, qeyd edib ki, onun sürəti aşağıdır və bu, kəsərli həmlələrin təşkilinə mane olur.
İyulda «ağ-qaralar»ın sükanı arxasna keçən rumın onu da bildirib ki, millinin sabiq üzvü bu çatışmazlıqları aradan qaldırmasa, tezliklə əsas heyətdə yerini itirəcək.
SPORTİNFO.AZ