«Neftçi» rəhbərliyi komandanı gücləndirməyin yolunu tapıb.
Adrian Mutunun istədiyi legionerləri almağı qarşısına məqsəd qoyan yönətim transfer büdcəsini artırıb.
Konkret olaraq desək, yeni hücumçunun alınmasına 1 milyon manat ayrılıb. Baş məşqçinin bu mövqeyə 3 namizədi var və hazırda onlarla danışıqlar gedir.
Rumıniyalı mütəxəssisin xidmətində maraqlı olduğu forvardlardan biri öz həmyerlisidir. Digər ikisi isə Cənubi Amerikadan - Argentina və Çilidəndir.
SPORTİNFO.AZ