"Neftçi"nin baş məşqçisi Adrian Mutu qarşısına qoyulan vəzifələri açıqlayıb.
Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu barədə "Sport-Ekspress" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, 2023/2023 mövsümündə əsas hədəfləri Premyer Liqada çempion olmaq və Azərbaycan Kubokunu qazanmaqdır:
"Nəvaxtsa "Fiorentina"ya başçılıq etmək istərdim. Bu klubu çox sevirəm.
Amma hazırda bütün fikrimi “Neftçi”də işləməyə yönəltmişəm. Qarşımızdakı məqsədlərə çatmaq üçün bütün gücümü ortaya qoymalıyam".
Adrian Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.