"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandaya cəlb etmək istədiyi daha bir futbolçu bəlli olub.
Sportinfo.az "sport.ro" saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis bunadək çalışdırdığı "Rapid"dən xorvatiyalı hücumçu Marko Duqandjiçin xidmətində maraqlıdır.
İddiaya görə, Buxarest təmsilçisi 29 yaşlı forvard üçün 1 milyon avro təzminat tələb edir.
"Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.