Üç gün öncə Azərbaycana gələn Adrian Mutu bu gün “Neftçi”də görəvinin başına keçəcək.
Rumıniyalı baş məşqçi axşam ssatlarında artıq Rusiyada olmalıdır.
O, Sankt Peterburqa gedib çatmamış menecerlərin “təqib”i ilə üzləşib.
Belə ki, rumıniyalı agentlər davamlı şəkildə ona zəng vuraraq, futbolçu təklif etməkdədir. Belə oyunçuların sayı hazırda 20-yə yaxındır.
Amma "Neftçi"nin yeni çalışdırıcısı tez-tələsik qərar vermək istəmir.
Mutu onunla əlaqə saxlayan menecerlərə “komandanın məşqlərini və oyunlarını geniş analiz etdikdən sonra transfer siyahısı hazırlayacam və rəhbərliyə təqdim edəcəm" deyib.
SPORTİNFO.AZ