"Neftçi"nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.
Sportinfo.az "Prosport.ro" saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.
"Ağ-qaralar"ın bunun üçün danışıqlara start verdiyi də bildirilib. "Neftçi"dən başqa Mutunun sabiq klubu "Rapid" də 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi də iddia olunur.
"Neftçi" ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.