Rumıniya mətbuatı “Neftçi” ilə 2 illik müqavilə imzalayan Adrian Mutu ilə bağlı növbəti iddia irəli sürüb.
Yerli həmkarlarımız “ağ-qaralar”ın yeni baş məşqçiyə illik 700 min avro ödəyəcəyini yazıb.
Onların iddiasına görə, bu məbləğ kontraktın yalnız əməkhaqqı hissəsinə aiddir. Komanda titul əldə edərsə, bu rəqəm 1 milyon avroyadək arta bilər.
Saytımızın apardığı araşdırma bu iddianı təsdiqləmir. “Rapid”dən gələn çalışdırıcı Azərbaycanda keçirəcəyi hər ilə görə 500-550 min avro civarında məvacib alacaq.
Komanda ölkə çempionu olarsa, yaxud kuboku qazanarsa, həmçinin avrokuboklarda qrup mərhələsinə vəsiqa əldə edərsə, ona əlavə bonuslar ödəniləcək.
SPORTİNFO.AZ