Adrian Mutu Azərbaycana böyük məqsədlər üçün gətirilir.
«Rapid»dən ayrılan baş məşqçi «Neftçi»ni çempion etməlidir.
SOCAR rəhbərliyi rumıniyalını titul həsrətinə son qoymaq hədəfi ilə «ağ-qaralar»ın sükanı arxasına əyləşdirib.
İyunda - müqaviləsinin 1 ili tamam olan kimi Azərbaycandan göndərilən Lorentsiu Regekampfın həmyerlisi neft şirkətinin üst ranqlı mənsublarına böyük vədlər verib.
«Ağ-qaralar»la 2+1 illik müddətə anlaşan Mutu komandanı ölkə çempionu etməyin cavabdehliyinə üstlənib. O, həmçinin avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağın vədini verib.
Təbii, boş əllə yox. Rumın çalışdırıcı transfer büdcəsinin artırılmasını istəyib. Mövcud olandan təqribən 1-1,5 dəfə çox. Bunun razılığını da alıb.
SPORTİNFO.AZ